FHN “Günəşli” yatağındakı son vəziyyət haqqında məlumat yaydı
"Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsi və axtarış işlərini davam etdirir.
BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, hazırda Fövqladə Hallar Nazirliyinin "Vixr-5” və "Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və "B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.
Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.
Xatırladaq ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
BAKU.WS
Oxşar xəbərlər
Neftçilərin axtarışlarına 10 helikopter, 1 təyyarə, 7 gəmi cəlb olundu (VİDEO)
Dekabrın 4-də "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar dekabrın 10-da Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib....