Salyanda meyiti tapılan qızın atası tutuldu

Salyan rayonunun hüquq-mühafizə orqanalrının həyata keçirdikləri operativ istintaq-əməliyyat tədbirləri nəticəsində, 3 gün əvvəl yaşadığı evdə meyiti tapılan qadının atası - 62 yaşlı Eldar Əliheydər oğlu Qurbanov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunaraq saxlanılıb.
BAKU.WS Virtualaz.org saytına istinadən xəbər verir ki, onun qızını şəxsi münasibətlər zəmnində iplə boğaraq qətlə yetirdiyi məlum olub.
Xatırladaq ki, avqustun 21-dən 22-nə keçən gecə Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsindəki evlərdən birində yaşayan 33 yaşlı Qurbanova Gülnar Eldar qızının həmin evdə meyiti tapılmışdı.
Meyitin ilkin müayinəsi zamanı boğazında stranqulyasiya şırımı aşkar olunmuşdu.
BAKU.WS
Oxşar xəbərlər
Meyiti tapılan qadının atası tərəfindən öldürüldüyü ortaya çıxdı
Salyan şəhərində bir neçə gün əvvəl meyiti tapılan Gülnar Qurbanovanın qətlə yetirildiyi məlum olub. Rayon Prokurorluğundan "Report”a verilən məlumata görə, G....
