Məhkəmədən ŞOK QƏRAR: Bir həftənin gəlinini öldürən şəxs azadlıqda

Məhkəmədən ŞOK QƏRAR: Bir həftənin gəlinini öldürən şəxs  azadlıqda
Hadisə 4306
 

Toyundan bir həftə sonra itkin düşən və bir neçə gün öncə meyiti tapılan Gülnar Vəliyevanın işi ilə bağlı gözlənilməz qərar verilib. ANS PRESS-in məlumatına görə, 23 yaşlı arvadını öldürən Samir Həbibov sərbəst buraxılıb.

Rusiya mətbuatı bu barədə 34 yaşlı Samir Həbibovun yaxınlarına istinadən xəbər verib. "Mayın 27-də Samiri həbs edib məhkəməyə apardılar. Lakin vəkil 3 milyon rubl (67 min 800 AZN) müqabilində onun azad olunmasını istədi. Hakim bununla razılaşaraq onu girov müqabilində azad edib”, - deyə Həbibov ailəsinə yaxın mənbə qeyd edib. Bununla bağlı Sankt-Peterburq üzrə İstintaq komitəsi rəsmi açıqlama verməyib.

Daha əvvəl Vəliyevanın həyat yoldaşı Samir Həbibovun saxlanıldıqdan sonra verdiyi ifadəyə görə, o, həyat yoldaşını ehtiyatsızlıqdan qətlə yetirdiyini qeyd edib: "Evdə bizim aramızda mübahisə yarandı. Mən onu itələdim və Gülnar yıxıldı. Ancaq o yerə bərk dəydiyi üçün öldü. Daha sonra cinayətin izini itirmək qərarına gəldim və bu işdə köməklik göstərməsi üçün qardaşıma zəng etdim”.

Samir köməyinə gələn qardaşı ilə birlikdə 23 yaşlı gəlinin meyitini velosipedlə Petrodvortsovı rayonundan 10 kilometr aralıdakı meşə massivinə gətirib və orada basdırıb. "Mayın 26-da Petrodvortsovi rayonunda olan meşə massivindən itkin düşmüş Gülnar Vəliyevanın meyiti tapılıb. Qadının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-ekspertizası təyin olunub", - deyə Sankt-Peterburq üzrə İstintaq komitəsinin mətbuat-xidmətinin məlumatında deyilir.

Gülnar Həbibova Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır. Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb.  Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.

BAKU.WS

Son xəbərlər