7 günlük gəlini öldürən azərbaycanlı bəy cinayəti danışdı (FOTO)
Sankt-Peterburqda baş verən qorxunc qətlin yeni təfərrüatları üzə çıxıb.
BAKU.WS-in məlumatına görə, cinayəti törədən Samir Həbibov həyat yoldaşı Gülnarı öncədən öldürməyi planlaşdırmadığını bildirib. Samir faciənin təfərrüatı barəsində istintaqa danışıb. O bildirib ki, cinayət təsadüfən baş verib.
Hadisə baş verən gün Samir xanımı ilə dalaşıb. Samir münaqişə zamanı Gülnarəni vurub. Həyat yoldaşının öldüyünü görən Samir cansız bədəndən qurtulmaq qərarı verib. Cinayət versiyasına görə, Samir qardaşıyla birlikdə Gülnarın cəsədini velosipedə yükləyib və meşəyə aparıb.
Samir istintaq zamanı öz qurbanını harada basdırdığını xatırlaya bilməyib. O, uzun müddət meşədə polis əməkdaşları ilə axtarış edib. Mütəxəssislərin sözlərinə görə, məhkəmə-tibbi ekspertizanın cavabı ləngiyə bilər. Çünki, cəsəd uzun müddət torpaqda qaldığı üçün nəticə əldə etmək çətin olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Əri tərəfindən öldürülən 7 günlük azərbaycanlı gəlinin meyiti tapıldı (FOTO)
Rusiyada itkin düşdüyü güman edilən 7 günlük gəlinin meyiti tapılıb. BAKU.WS-in məlumatına görə, 23 yaşlı azərbaycanlı qadın Gülnar 22 aprel tarixində öldürü...