Şəkidə iki uşaq atası intihar edib

Şəkidə iki uşaq atası intihar edib
Hadisə 1368
 

Şəkidə iki uşaq atası intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə aprelin 15-də axşam saat 18.00 radələrində Şəki şəhəri, İsmayıl Osmanlı küçəsi, ev 10 ünvanında qeydə alınıb.

1983-cü il təvəllüdlü Ramin Fehruz oğlu İsmayılovun meyiti yaşadığı evin çardağından asılı vəziyyətdə həyat yoldaşı tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırma zamanı iki uşaq atası olan R. İsmayılovun intihar etdiyi məlum olub. R. İsmayılovun hansı səbəbdən özünə qəsd etdiyi məlum olmasa da, ilkin araşdırma zamanı onun başqasına borcu olduğu aydınlaşıb. 

Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

BAKU.WS

Oxşar xəbərlər

55 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı

55 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib. 55 yaşlı qadın özünü binadan atıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Yasamal ra...

3625 Hadisə 21:24 11 aprel 2016

Son xəbərlər