Bakıda yol çöküb
21
yan
2019
11:25
Paytaxtın Babək prospekti istiqamətində asfalt örtüyü çöküb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, yolun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilib. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, sözügedən istiqamətdə yolun təxminən 2-3 kv. metr hissəsində asfalt örtüyü deformasiyaya uğrayıb. “Hazırda əməkdaşlarımız ərazidədir, həmin deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır. İlkin ehtimallara görə, deformasiyaya həmin yolda yenidənqurma işləri aparılan zaman yolun altından çəkilən yeni kommunikasiya xətləri səbəb olub”. BAKU.WS
Oxşar xəbərlər
Bakıda yol niyə çöküb? – RƏSMİ AÇIQLAMA
Bakıda avtomobillərin intensiv hərəkət etdiyi əsas yollarından birində çökmənin səbəbi araşdırılır.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mə...