Bakı-Qazax yolunda avtomobili "protiv" sürdü - Polisdən RƏSMİ AÇIQLAMA
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Elvin Hacıyev bildirib ki, görüntülərlə bağlı araşdırma aparılıb
Bu barədə qurumdan BAKU.WS-ə bildirilib.
Bildirilir ki, yolun əks istiqamətində hərəkət etməklə digər sürücülərə təhlükə yaradan sürücü müəyyən edilərək saxlanılıb.
İdarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.
Barəsində hüquqi məsuliyyət tədbirləri görülür.
***15:58
Bakı-Qazax yolunda "Mercedes" markalı avtomobilin sürücüsü maşını hərəkətin əks istiqamətində sürüb.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə bu gün qeydə alınıb.
Hadisəyə dair kadrları təqdim edirik:
Oxşar xəbərlər
Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və...