Bakıda yol polisinin maşını qəzaya düşdü

Bakıda yol polisinin maşını qəzaya düşdü
Hadisə 3036
 

Bakıda yol polisi qəza törədib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə H.Əliyev küçəsi 36 ünvanında qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti bölüyünün inspektoru, polis serjantı Rasim Vasif oğlu İsmayılovun idarə etdiyi BMW markalı, 99 YP 461 dövlət nömrə nişanlı avtomobil Bakı şəhər sakini Mahmud Şəmməd oğlu Həsənovun idarə etdiyi "Baic” markalı maşınla toqquşub.

Nəticədə xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda qəza: 1 ölü, 5 yaralı

Bakıda qəza: 1 ölü, 5 yaralı

Bakıda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Sabunçu rayon polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə,...

2111 Hadisə 17:06 09 may 2016

Son xəbərlər