Bakıda turistin itirdiyi pul kisəsini polis tapıb
Bakı şəhərinin mərkəzində yerləşən Filarmoniya bağında polis əməkdaşları pul kisəsi aşkarlayıblar.
BAKU.WS APA-ya istinadən bildirir ki, ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin Baş Mühafizə idarəsinin əməkdaşları Filarmoniya bağında içərisində sənədlər və 1700 ABŞ dolları olan pul kisəsi tapıblar.
Polislər həmin ərazidən bir az kənarda "Formula 1" yarışması ilə bağlı Azərbaycana gələn turistlərdən birinin nə isə axtardığını görüblər. Məlum olub ki, tapılan pul kisəsi həmin turistə məxsusdur. Dəqiqləşdirmə aparıldıqdan sonra pul kisəsinin qonağa məxsus olduğu müəyyən edilib və sahibinə təhvil verilib.
BAKU.WS
Oxşar xəbərlər
Polislər "Qanun" nəşriyyatını mühasirəyə aldılar
"Ötən gün axşam saatlarında "Qanun" nəşriyyatına gələn polis əməkdaşları bu səhər nəşriyyatın ətrafında lentlər çəkiblər və əraziyə əlavə polis qüvvələri cəlb...