“Baku Bus” avtobusda pul kisəsini itirən sərnişini axtarır (FOTO)

“Baku Bus” avtobusda pul kisəsini itirən sərnişini axtarır (FOTO)
Şou-biznes 2009

Sərnişin avtobusunda pul kisəsini itirən şəxs axtarılır.

BAKU.WS-in məlumatına görə, bu barədə "Baku Bus”-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova sosial şəbəkədə məlumat verib. Məlumatda deyilir ki, 3 saylı avtobusumuzda pul kisəsi qalıb. İçərisində pul, bank kartları, çeklər, qəbzlər var.

"Kartın birinin üzərində ad olaraq Samir Həsənov yazılıb. Xüsusi vurğulayaq ki, təcrübəmizdə bank və ya müştərinin koordinatı olan digər hər hansı qurumla əlaqə saxladığımız zaman sosial şəbəkədəki kimi operativ kömək edilmir. O səbəbdən yenə bura yazıram", - deyə Nuridə Allahyarova bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər