Restoranda polisi döyənlərə cinayət işi açıldı

Restoranda polisi döyənlərə cinayət işi açıldı
Hadisə 1615

Bakının Binəqədi rayonunda, Ş.Məmmədov küçəsində yerləşən "Oazis” restoranında dava salan şəxslər barəsində cinayət işi başlanılıb.

BAKU.WS xəbər veriri ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov məlumat verib.

E.Zahidov qeyd edib ki, hadisə martın 5-də saat 23:00 radələrində "Oazis” restoranında qeydə alınıb: "Restoranın iki müştərisi - 1986-cı il təvəllüdlü Ağdam rayon sakini və əvəllər məhkum olmuş Mehdiyev Elçin Vahid oğlu və 1986-cı il təvəllüdlü Yevlax rayon sakini Məmmədov Elçin Əli oğlu ictimai asayişi pozublar. Ərazidə xidmət aparan polis əməkdaşları həmin əraziyə gəliblər.

Polislər həmin şəxsləri sakitləşdirməyə çalışıblar və öz əməllərini dayandırmağa tələb ediblər. Elçin Mehdiyev və Elçin Məmmədov polisə qarşı müqavimət göstəriblər. Buna baxmayaraq, hər iki şəxs polis əməkdaşları tərəfindən zərərsizləşdirilib və onlar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib. Daha sonra onların dostları - Bakı şəhər sakini Nicat Məmmədov şöbəyə gəlib. Həmin şəxs də polisə müqavimət göstərərkən saxlanılıb. Hər üç şəxs sərxoş vəziyyətdə olublar. Onların narkotik istifadəçiləri olduğu da aşkarlanıb. Belə ki, həmin şəxslərin üzərində baxış aparılarkən tiryək və heroin aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 234-cü (narkotik) cinayət işi başlanılıb, araşdırılma aparılır”.

BAKU.WS

Oxşar xəbərlər

Bakının məşhur restoranında polisi döyüb, paqonunu cırdılar

Bakının məşhur restoranında polisi döyüb, paqonunu cırdılar

Bakının Binəqədi rayonunda, Ş.Məmmədov küçəsində yerləşən və artıq məşhur olan "Oazis” restoranında əsl döyüş filminin ssenarisi reallaşıb. Belə ki, martın 5-d...

4070 Hadisə 15:44 07 mart 2016

Son xəbərlər