Bakıda sərxoş sürücü avtomobilini mağazaya çırpdı – Yaralılar var – FOTO

11
avq
2018
08:19
Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.39 yaşlı Ağayev Anar Elşad oğlu idarə etdiyi "Opel" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman ötmə əməliyyatı edib. Bu zaman qarşıdan gələn "Daewoo" markalı avtomobilə dəyib. Daha sonra idarəetmədən çıxan "Opel" yaxınlıqdakı mağazaya çırpılıb.Nəticədə "Opel"-də olan sürücü A.Ağayev və sərnişin Ələsgər Babayev ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Qəzanı törətməkdə şübhəli bilinən "Opel"-in sürücüsü A.Ağayev sərxoşluğun müayinə məntəqəsinə aparılıb. Bu zaman o, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına tabe olmaqdan boyun qaçırıb.O, polis əməkdaşlarının köməkliyi ilə Binəqədi RİP-ə aparılıb.Faktla əlaqədar araşdırmalara başlanılıb. BAKU.WS








Oxşar xəbərlər
Bakıda dəhşətli qəza - Yüksək sürətlə hərəkətdə olan "Hyundai" qəza törətdi, ağır yaralılar var - VİDEO
Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, "90-NU-205" dövlət qeydiyyat nişa...