Bakıda gənc qızı vuran maşın idarəetmədən çıxaraq digər avtomobilə çırpılıb
02
iyn
2018
09:03
Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS “Report” agentliyinə istinadən xəbər verir ki, 1-ci Mədən qəsəbəsində yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Məmmədova Aysun Rəşad qızını "Lada Qrand" markalı avtomobil vurub.Piyadanı vuran maşın daha sonra idarəetmədən çıxaraq yol kənarında dayanmış "Mercedes" markalı taksiyə çırpılıb. "Lada"nın sürücüsü avtomobildən düşərək ərazidən uzaqlaşıb. Yaralı təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb
Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 ailənin 6 üzvü xəsarət alıb."Report" xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.Südçülük sovxozu kimi tan...