BAKIDA AĞIR QƏZA: 19 yaşlı qız öldü, yaralılar var

BAKIDA AĞIR QƏZA: 19 yaşlı qız öldü, yaralılar var
Hadisə 8369
Bakıda ağır yol qəzası baş verib. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, Suraxanı qəsəbəsində "Opel" və "Nissan" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Opel"də olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Zöhrabova Tahirə Vidadi qızı aldığı xəsarətlərdən vəfat edib. Hər iki sürücü və daha bir sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanılıb. Qəzanın səsəbi araşdırılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər