Bakıda ərəblər qəzaya düşdü, hadisə yerində öldü

Bakıda ərəblər qəzaya düşdü, hadisə yerində öldü
Hadisə 1991

Bakıda ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, Qaradağ rayonunda "Nissan" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Nissan"da olan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı 1975-ci il təvəllüdlü Suhail Saeed Raşeyed və 1986-cı il təvəllüdlü Lamees Zlad Mahmud Jbablı aldıqları xəsarətlərdən vəfat edib. Onlarla birgə avtomobildə olan Şöhrət Abışov və "Mercedes"in sürücüsü Elçin Məmmədovla sərnişini Ayla Bəşirova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər