Bakının mərkəzində gənc qızlar ağır qəza törətdi: yaralılar var

16
apr
2017
12:41
Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Lent.az xəbər verir ki, gecə saat 02:30 radələrində Heydər Əliyev prospektinin Nəsimi rayonundan keçən hissəsində 90 US 021 nömrəli "Hundai" ilə 90 OR 075 dövlət qeydiyyat nişanlı "Nissan" toqquşub. Nəticədə avtomobilləri idarə edən 20 və 26 yaşlı iki qadın, eləcə də 40 yaşlı sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanda dəhşətli qəza: mikroavtobus aşdı, yaralılar var
Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qa...