Bakıda banka basqın edən şəxs danışdı: "Bıçağı xanıma yaxınlaşdırıb..." (VİDEO)
19
yan
2018
15:57
Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.ARB TV xəbər verir ki, idarənin əməkdaşları hadisə yerinə çıxıb.Quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edilərək tutulub.Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Aparılan araşdırma zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib.Nazim Məmmədov – Saxlanılan şəxs: “Xəzininən qarşısında xanım dayanmışdı. Mətbəx bıçağını xanıma yaxınlaşdırdım. İçəridə çaxnaşma çıxdı”.Saxlanılan şəxsin ətrafında araşdırmalar və zəruri istintaq tədbirləri davam etdirilir. BAKU.WS
Oxşar xəbərlər
Bakıda banka basqın edildi
“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.“Report”un xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə al...