Bakıda bağ evinə basqın: 75 min manat, 11 min dollar, 200 min manatlıq qızıl oğurlandı - VİDEO
Bakıda evdən oğurluq olub. Bir gənc dostu ilə əlbir olub yaxın qohumunun evindən 45 min manatdan çox pul oğurlayıb. Hadisə Yasamal rayonunda baş verib. Xəzər rayonunda isə evə basqın edən şəxslər qulluquçunun əl qolunu bağlayıb evdən külli miqarda pul və qızıl zinət əşyaları aparıblar.
BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, dostu ilə əlbir olan şəxs yaxın qohumunun evini qarət edib. Onlar mənzildən 45 min 500 manat pul oğurlayıblar.
Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Ev sahibi olan ağsaqqal kişi, ərazi üzrə 29-cu polis bölməsinə məlumat verib ki, Nabrana istrahətə gedən vaxt mənzili naməlum şəraitdə qarət edilib.
Hadisə yerinə baxış keçirən polis müəyyən edib ki, evin qapısı və pəncərəsi qırılmayıb. Hətta evdəki digər əşyalar belə dağılmayıb. Polis çox çəkməyib ki, ev sahibinin yaxın qohumu Ramiz Ağayevi və onun dostu Ziyad Abdullayevi saxlayıb. Saxlanılan Ramiz Ağayev qohumunun evini qarət etməsini etraf edib.Paytaxtın Xəzər rayonunda isə evə basqın olub. Hadisə Buzovna qəsəbəsində baş verib. Basqınçılar qəsəbədə qapısı açıq olan evə daxil olaraq xadimə işləyən qadının əllərini və ayaqlarını kəmərlə bağlayıb seyfdən 75 min manat, 11 min dollar, habelə 200 min manat dəyərində qızıl əşyalar və ''Vinçestr'' markalı tüfəngi quldurluq yolu ilə götürüb, qaçıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər rayon polis idarəsi bu işdə şübhəli bilinən paytaxt sakini Elvin Piriyevi saxlayıb. Şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində isə tədbirlər görülür.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda evdən 75 min manat, 11 min dollar, 200 min manatlıq qızıl və “Vinçestr” silahı oğurlandı
Bakıda evlərdən birinə girən şəxslər qadının qollarını bağlayaraq 75 min manat, 11 min dollar və 200 min manat dəyərində qızıl əşyaları aparıblar. Daxili İşlər...