Bakıda evdən 75 min manat, 11 min dollar, 200 min manatlıq qızıl və “Vinçestr” silahı oğurlandı
Bakıda evlərdən birinə girən şəxslər qadının qollarını bağlayaraq 75 min manat, 11 min dollar və 200 min manat dəyərində qızıl əşyaları aparıblar.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Xəzər rayonunda baş verib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Buzovna qəsəbəsindəki evlərdən birinə açıq qalmış qapıdan girib orada xadimə işləyən qadının əllərini və ayaqlarını kəmərlə bağlayıb seyfdən 75.000 manat, 11.000 ABŞ dolları, habelə 200.000 manat dəyərində qızıl əşyalar və "Vinçestr” markalı tüfəng aparmaqda şübhəli bilinən paytaxt sakini Elvin Piriyev tutulub.
Şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində tədbirlər görülür.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda mağazadan içərisində 18 min manat olan seyf oğurlandı
Paytaxtda mağazadan içərisində 18 min manat pul olan seyf oğurlanıb. BAKU.WS Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Tə...