Bakıda biznesmenin qızının toyu zamanı FİLM KİMİ CİNAYƏT
Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu Telnov küçəsi 10, mənzil 5 ünvanında baş verib. 1967-ci il təvəllüdlü İlqar Niyazova məxsus mənzildən 7 min manat dəyərində qızıl-zinət əşyaları, 10 min dollar və 30 min manat oğurlanıb.
Ev sahibi 34-cü Polis Bölməsinə müraciətində bildirib ki, hadisə aprelin 30-da saat 17:30-dan 23:00-dək olan müddətdə mənzildə heç kimin olmadığı vaxt baş verib. Ailənin toy məclisində olmasından istifadə edən naməlum şəxs və ya şəxslər qapını açaraq evə soxulub.
Qeyd edək ki, şikayətçi İ.Niyazov biznesmendir.
"Qafqazinfo" saytı zərərçəkən ailənin qız evi olduğunu və onların cinayətdə oğlan evini günahlandırdığını yazıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda mənzildən 7500 manatlıq qızıl-zinət əşyaları oğurlandı
Bakıda mənzildən 7 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hadisə paytaxtın Səbail rayonunda baş verib. BAKU.WS "report"a istinadən xəbər verir ki,...