Azərbaycanda yanacaqdoldurma məntəqəsinə BASQIN: İşçilərə bıçaq çəkildi
07
apr
2017
12:19
Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd ərazisində "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib.
İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk edib.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda maskalı şəxslər səhər-səhər evə basqın etdilər - VİDEO
Binə qəsəbəsində fərdi yaşayış evinə basqın olub. Evin xanımının boğazına bıçaq çəkən basqınçılar qızılları və pulları götürərək qaçıblar. ANS TV-nin məlumatın...