Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın oldu
03
okt
2015
12:39
Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib. BAKU.WS-in məlumatına görə, Tovuz rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar. Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
“ABU Petrol”a silahlı basqın: külli miqdarda pul oğurlanıb
Bakının Sabunçu rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı hücum olub. Sabunçu rayon Polis idarəsindən BAKU.WS-ə verilənm məlumata görə, hadisə dünən ABU Pe...