Baş Prokurorluğa yeni təyinat olub

Baş Prokurorluğa yeni təyinat olub
Hadisə 2786
Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edilib.BAKU.WS xəbər verir ki, Baş Prokurorluğun saytında “KİV-lə əlaqələrə görə məsul şəxslər” bölməsində bununla bağlı dəyişiklik edilib.Dəyişikliyə görə, Baş Prokurorluğun mətbuat xidmətinin yeni prokuroru Zeynalov Kənan Fikrət oğludur. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinatı təsdiqləyib. E.Sultanov bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə K.Zeynalov Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib, ona Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə olunub.BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı

Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dindirilməsi üçün yenidən Baş Prokurorluğa çağırılıb.E.Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bi...

1431 Hadisə 13:49 10 noyabr 2017

Son xəbərlər