Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olunub

Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olunub
Hadisə 2947

Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub.

BAKU.WS xəbər verir ki, Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, M. Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Həbsdə olan müstəntiq kitab yazır

Həbsdə olan müstəntiq kitab yazır

Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq müstəntiqi Rüfət Səfərov vəkili ilə görüşüb. BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə R.Səfərovun vəkili Bə...

1343 Şou-biznes 23:31 25 may 2017

Son xəbərlər