Bakı şəhər Prokurorluğunda yeni təyinat

Bakı şəhər Prokurorluğunda yeni təyinat
Sosial 2510

Bakı şəhər Prokurorluğunda yeni təyinat olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Tural Çingiz oğlu Aslanov Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

T. Aslanovun adı Baş Prokurorluğun veb saytında prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrə görə məsul olan əməkdaşlarının siyahısına əlavə edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sayta yeni təyinatı təsdiqləyib. 

BAKU.WS

Oxşar xəbərlər

Bakıya yeni prokuror təyin olundu - ƏMR

Bakıya yeni prokuror təyin olundu - ƏMR

Bakı şəhərinə yeni prokuror təyin edilib. BAKU.WS xəbər verir ki, APA-nın məlumatına görə, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmr...

3671 Siyasət 12:29 26 aprel 2017

Son xəbərlər