Azərbaycanda qadın kişini bıçaqladı

17
apr
2019
10:24
Şəmkirdə gecə qadın kişini bıçaqlayıb.Şəmkir rayon Polis Şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə zamanı 1983-cü il təvəllüdlü Elmar Şəmşir oğlu Abdullayev yaralı halda xəstəxanaya yerləşdirilib. Onda qarının ön divarından daxilə keçən bir ədəd kəsilmiş deşilmiş yarası aşkarlanıb.Hadisə ilə bağlı Şəmkir rayon Polis şöbəsi əməkdaşları əməliyyata başlayıb. Keçirilən əməliyyat nəticəsində Elmar Abdullayevi Esmira Firuddin qızı Abdullayevanın bıçaqladığı məlum olub.Müəyyənləşib ki, aprelin 16-da gecə saat 2-də onların arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.Mübahisə zamanı qadın bıçağa əl atıb.Məlumat əsasında hadisə yerinə baxış keçirilib. Hadisənin şahidləri dindirilib. Məhkəmə-tibb ekspertizaları keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin törədilməsində istifadə olunan bir ədəd bıçaq götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar xəbərlər
Azərbaycanda polisə etiraz edən qadın özünü bıçaqladı
Sabirabad rayonunda 34 yaşlı qadın özünü bıçaqlayıb.BAKU.WS “report”a istinadən xəbər verir ki, rayonun Rüstəmili kənd sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Zə...