Azərbaycanda qadın qonşusunu döşündən bıçaqladı

Azərbaycanda qadın qonşusunu döşündən bıçaqladı
Hadisə 1791
Sabirabad rayonunda qadın kişini bıçaqlayıb. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaragüney kəndi ərazisində baş verib. Belə ki, həmin kəndin sakini, 1978-ci il təvəllüdlü Ayaz Əsgər oğlu Sərxanov sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilk tibbi yardım göstərildikdən sonra o, Cərrahiyyə şöbəsinə yerləşdirilib. A.Sərxanov qonşu qadın tərəfindən bıçaqlandığını bildirib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər