Bakıda qadın satıcı siqaretlərin qiymətindən şikayətlənən kişini bıçaqladı

Bakıda qadın satıcı siqaretlərin qiymətindən şikayətlənən kişini bıçaqladı
Hadisə 2263

 

Bakıda qadın kişini bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda qeydə alınıb.

Belə ki, marketə müştəri kimi daxil olan 1974-cü il təvəllüdlü Ağaverdiyev Yalçın Ağamalı oğlu ilə Ceyran adlı satıcı qadın arasında mübahisə düşüb. Y.Ağaverdiyev mağazadakı qiymətlərin bahalığından şikayət edib. Bundan hirslənən satıcı Y.Ağaverdiyevə bıçaq zərbəsi vurub.

Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, hər iki şəxs qonşudurlar.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər