Bakıda qan töküldü — Qadın onu təhqir edən məşuqunu bıçaqladı
02
iyl
2018
11:09
Sevgilisinin təhqirlərinə dözməyən qadın qan tökdü. Kişi ilə qadın arasında mübahisə qanla nəticələnib.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, Binə südçülük sovxozunda yaşayan 1994-cü il təvəllüdlü Zeynalov Elçin Adil oğlu qeyri-rəsmi yaşadığı qadınla mübahisə edib.Mübahisə zamanı Şərifova Gülnaz İmaməli qızı ərinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırıdı. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. G.Şərifova isə 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qadın izahatında ilkin səbəb kimi qeyri-rəsmi yaşadığı E.Zeynalovun onu tez-tez döyməsini və təhqir etməsini göstərib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda kütləvi dava zamanı orta yaşlı kişinin boğazı kəsildi
Bakının Sabunçu rayonunda, küçədə 3 nəfər arasında dava baş verib."Report" xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.1971-ci il təvəllüdlü Qurbano...