Bakıda kişi vətəndaş nikahında yaşadığı qadın və onun övladları tərəfindən döyüldü
23
sen
2017
09:29
Bakının Sabunçu rayonunda kişi qeyri-rəsmi münasibətdə olduğu qadın və onun övladları tərəfindən döyülüb.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, Balaxanı qəsəbəsində 59 yaşlı Bünyadov Mühətdin Məmməd oğlu qeyri-rəsmi münasibətdə olduğu Rəsmiyyə adlı qadınla elə onun evində dava edib.Nəticədə M.Bünyadov qadının özü və övladları tərəfindən hücuma məruz qalıb. O, döyülərək xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Rəsmiyyə adlı qadın isə (soyadı məlum deyil) Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinə gələrək M.Bünyadovu özü döydüyünü bildirib.Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qız qoca anasını stəkanla döydü
Bakıda qoca qadın qızı tərəfindən döyülüb.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.Belə ki, Buzovna qəsəbəsi, Bünyatov küçəsi...