Bakıda toyda dava düşdü, yaralılar var
18
avq
2017
09:17
Bakıda toy mərasimində dava olub.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonundakı şadlıq saraylarından birində baş verib.Belə ki, mərasim zamanı Sarıyev Qabil Ağakərim oğlu keçmiş qaynı və xalası oğlu Paşayev Elnur Rasim oğlu tərəfindən döyülüb. Nəticədə o, ağır kəllə-beyin xəsarəti alıb.Hadisə yerinə çağırılan təcili yardım maşını Q.Sarıyevi 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə çatdırıb və o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törətmiş E.Paşayev isə qaçıb.Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
"20 Yanvar" stansiyası yaxınlığında kütləvi dava: bıçaqlananlar var
Bakıda kütləvi dava olub. BAKU.WS-in report-a istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, metronun "20 Yanvar” stan...