Azərbaycanda məmur oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Azərbaycanda məmur oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
Hadisə 8307
Oğuzda vəzifəli şəxsin oğlu bədbəxt hadisə nəticəsində ölüb.BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb.İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Bəxtiyar oğlu İsmayılov yüksəklikdən yıxılaraq aldığı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. Müayinə zamanı C. İsmayılovun öldüyü məlum olub. Onun başından aldığı xəsarətdən dünyasını dəyişdiyi ehtimal olunur.Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümüm dəqiq səbəbləri məlum olacaq.Faktla bağlı Oğuz rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Qeyd edək ki, C. İsmayılov Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu kəndi üzrə ərazi-icra nümayəndəsi Bəxtiyar İsmayılovun oğludur.BAKU.WS

Oxşar xəbərlər

Facəli ÖLÜM - Qadın təndirdə yandı - VİDEO

Facəli ÖLÜM - Qadın təndirdə yandı - VİDEO

Lənkəranda çörək bişirən 50 yaşlı qadın təndirə düşüb və yanaraq ölüb.Bədbəxt hadisə rayonun dağ kəndi olan Aşağı Təngivanda baş verib. Kənd sakini Böyükxanım Ə...

2330 Hadisə 10:40 25 mart 2018

Son xəbərlər