İsmayıllıda dincələn 4 turisti elektrik cərəyanı vurub, 2 nəfər ölüb
İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində dincələn turistlərdən 2-si bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllının İstisu kəndi ərazisində yerləşən "Green House” istirahət mərkəzində baş verib.
Məlumata görə, istirahət etmək üçün Bakı və Zaqataladan İsmayıllıya gələn 4 nəfər turisti elektrik cərəyanı vurub. Hadisə nəticəsində Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Adıgözəlov Emin Zakir oğlu, Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Quliyev Gülhüseyn Xaliqverdi oğlu dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Ömərov Eltəkin Məhəddin oğlu və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Əliyev Zakir Mahir oğlu təcili yardım avtomobili ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə istirahət mərkəzinin hovuzunda baş verib. Gənclər hovuzda çimərkən qəflətən suya birləşən elektrik cərəyanı onları vurub. Hovuzun içərisində rəngli işıqların və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya birləşdiyi ehtimal olunur. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayılı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda törədilən dəhşətli partlayışın TƏFƏRRÜATLARI
Ötən gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarda yerləşən çayxanada törədilən partlayış əl qumbarasının işə salınması nəticəsində baş verib. B...