Tovuzda qurban ətindən zəhərlənənlərdən 5 nəfər evə buraxılıb
Tovuzda qurbanlıq qoyun ətindən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən 7 nəfərdən 5-i evə buraxılıb.
BAKU.WS bildirir ki, bu barədə Trend-ə Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə, xəstələrdən 5 nəfərin vəziyyəti tam normallaşdığından onlar evə yazılıblar. Hazırda xəstəxanada 2 nəfər stasionar müalicə alır.
Xatırladaq ki, avqustun 1-də Tovuz rayonunun Azaflı kəndində qurban ətindən zəhərlənmə hadisəsi baş vermişdi. Hadisə nəticəsində 12 nəfər kənd sakini zəhərlənmə ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstələrdən 5 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılsa da, 7 nəfər - 1994-cü il təvəllüdlü Musayeva Lalə Nizami qızı, 2013-cü il təvəllüdlü Abdullayev Ömər Qabil oğlu, 1981-ci il təvəllüdlü Həsənova Samirə Məhəmmədəli qızı, 1995-ci il təvəllüdlü Musayev Rövşən Nizami oğlu, 1996-cı il təvəllüdlü Hüseynov Hikmət Mehman oğlu, 1975-ci il təvəllüdlü Əhmədova Zərifə Valeh qızı xəstəxananın infeksiya şöbəsinə yerləşdirilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Ordusunun giziri qarpızdan zəhərləndi
Tovuz rayonunda hərbi qulluqçu qarpızdan zəhərlənib. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata g...