Azərbaycanda 8 nəfər kabab yeyib zəhərləndi

Azərbaycanda 8 nəfər kabab yeyib zəhərləndi
Hadisə 1310

 

Tovuz rayonunda 8 nəfər kababdan zəhərlənib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Azaflı kənd sakinləri aldıqları qoyun ətini kabab çəkib yedikdən sonra özlərini narahat hiss etməyə başlayıblar. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 45 yaşlı Nizami Musayev və onun həyat yoldaşı 41 yaşlı Zərifə Əhmədova, oğlu 21 yaşlı Rövşən, qızı 22 yaşlı Lalə, nəvəsi 3 yaşlı Ömərin zəhərləndiyi müəyyən edilib.

Zərərçəkənlərə tibbi yardım göstərilib. Sonradan daha iki kənd sakini, Zahir Eminov və Natiq Eminov da zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. N.Musayevin hazırladığı kababdan onlar da yeyiblər.

BAKU.WS

Oxşar xəbərlər

Cəlilabadda ŞOK: 35 yaşlı kişi 13 yaşlı uşağı bıçaqladı - FOTO

Cəlilabadda ŞOK: 35 yaşlı kişi 13 yaşlı uşağı bıçaqladı - FOTO

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Sabirabad kəndi ərazisində qeydə alınıb. Kənd sakin...

1787 Hadisə 20:00 19 iyul 2016

Son xəbərlər