Tovuzda itkin düşən 2 uşaq anası Bakıdan tapıldı
İyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində müəmmalı şəkildə itkin düşən 27 yaşlı Aytəkin Quliyeva tapılıb.
Bu barədə Trend-ə A.Quliyevanın atası Məzahir Quliyev məlumat verib. Məzahir Quliyev bildirib ki, qızı bu gün Bakının Nəsimi rayonunda, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında kameralarda görünüb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları nəticəsində A.Quliyevanın qaldığı yer müəyyən edilib və tapılıb. A.Quliyeva hazırda Tovuz rayon Polis Şöbəsində dindirilir.
Xatırladaq ki, Tovuz rayonunun Öysüzlü kənd sakini, iki uşaq anası 27 yaşlı A.Quliyeva iyunun 14-də evdən çıxıb və bir daha geri qayıtmamışdı. Qadının ailəsində münaqişə yaşadıqdan sonra evi tərk etdiyi bildirilirdi.
BAKU.WS
Oxşar xəbərlər
20 gündür yoxa çıxan 3 uşaq anası tapılmır: "Ərinə xəyanət edib"
İyunun 14-də Tovuzun Öysüzlü kəndində iki uşaq anası, 27 yaşlı Aytəkin Quliyeva itkin düşüb. BAKU.WS bildirir ki, Aytəkin Quliyevanın atası Məzahir Quliyevin a...