Cəbhədə daha bir itki verdik

Cəbhədə daha bir itki verdik
Hadisə 2210

 

Aprel ayının 27-dən 28-ə keçən gecə ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan mülki şəxslərdən daha biri dünyasını dəyişdi.

ANS PRESS-in məlumatına görə, Çəmənli kənd sakini 1943-cü il təvəllüdlü Əli Müseyib oğlu Hüseynov bir neçə dəqiqə əvvəl dünyasını dəyişib. O, Ağdam rayon Hərbi Hospitalında vəfat edib.

Ötən gün onun dünyasını dəyişməsi barədə məlumatlar yayılmışdı. Ağdam Rayon İcra Hakimiyyətinin başçısının müavini Eldəniz Abdullayev ANS PRESS-ə açıqlama verərək məlumatın doğru olmadığını bildirmişdi.

Bununlada son iki gündə ermənilərin açdığı atəş nəticəsində ölən mülki şəxslərin sayı 2-yə çatıb. Ötən gün Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Çəmənli kənd sakini Famil Əli oğlu Mustafayev aldığı qəlpə yarasından ölmüşdü.  

Ötən gün atəşkəsin pozulması nəticəsində ancaq Çəmənli kəndində 7 yaralanıb. Onlar aşağıdakılardır:

Anar Nizami oğlu Abdullayev - 1975-ci il təvəllüdlü, Çəmənli kənd sakini

Sirdaş Şükür oğlu Kərimov - 1962-ci il təvəllüdlü, Çəmənli kənd sakini

Zahid Vəliş oğlu Rəhimov - 1985-ci il təvəllüdlü, Çəmənli kənd sakini

Adil Musdu oğlu Məmmədov - 1955-ci il təvəllüdlü, Çəmənli kənd sakini

Elnur Polu oğlu Məmmədov - 1978-ci il təvəllüdlü, Əfətli kənd sakini

Elgiz Elbrus oğlu Qarayev - 1985-ci il təvəllüdlü, Qaradağlı kənd sakini

Məhəmmədəli Soltan oğlu İmanov - 1963-cü il təvəllüdlü, Zəngişalı kənd sakini 

BAKU.WS

Oxşar xəbərlər

Qarabağda daha bir itki verdik

Qarabağda daha bir itki verdik

Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki şəxslərdən biri dünyasını dəyişib. APA-nın Qarabağ bürosu...

1349 Siyasət 14:30 28 aprel 2016

Son xəbərlər