Ermənilər Ağdamda məscidi atəşə tutub - bir nəfər həlak olub

Ermənilər Ağdamda məscidi atəşə tutub - bir nəfər həlak olub
Hadisə 1596
 

Erməni hərbi birləşmələri Ağdam rayonunun Əhmədağalılar kəndini atəşə tutub. BAKU.WS bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriyalardan açdığı atəş nəticəsində mərmilərdən biri Əhmədağalılar kəndindəki məscidə düşüb. Hadisə nəticəsində məsciddə olan kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahlar oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Ötən gün və gecə atəşkəsin pozulması nəticəsində daha 3 hərbi qulluqçumuz şəhid olub.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər