Cəbhədən ən son xəbər: bir nəfər dünyasını dəyişib
Təmas xəttindən ən son xəbərlər gəlməkdə davam edir.
BAKU.WS ANS TV-nin Qarabağ müxbiri Ramil İbrahimova istinadən xəbər verir ki, düşmənin artilleriya atəşə nəticəsində yaralı vəziyyətdə olan Ağdam rayonunun Çəmənli kənd sakini Famil Mustafayev dünyasını dəyişib.
F.Mustafayev bu gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanmışdı.
Son məlumatlara görə, Çəmənli kənd sakinlərindən daha biri Zahid Rəhimov atəşkəsin pozulması nəticəsində yaralanıb. O Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Azərbaycan Ordusunun cavab zərbələri qarşı tərəfi susmağa məcbur edib. Hazırda cəbhə xəttində nisbi sakitlik hökm sürür.
Ermənistan silahlı qüvvələrinin bu gecə atəşkəsi pozması nəticəsində yaralı dinc sakinlərin sayı 4 nəfər idi.
Ermənilər daha çox dinc sakinlərin yaşadığı əraziləri artilleriya atəşinə tutub.
BAKU.WS
Oxşar xəbərlər
Cəbhədən XƏBƏR VAR: Ağdamda mülki şəxs vuruldu
Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində bir mülki şəxs yaralanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, evə mərmi düşməsi nəticəsində...