ANS Qarabağdakı döyüşlərdən son xəbərləri çatdırır (VİDEO)

ANS Qarabağdakı döyüşlərdən son xəbərləri çatdırır (VİDEO)
Video
Siyasət 20512

 

Saat 01:30 radələrindən etibarən Ermənistan Tərtər istiqamətində şiddətli artilleriya hücumu ilə atəşkəsi pozub. Hərbi vəziyyət eyniliklə 2 aprel tarixdəkinə bənzəyirdi. Azərbaycan ordusunun cavab atəşindən sonra erməni tərəfinin zərbələri səngiyib.

7:35 / İlk nəticələr - Tərtər sakininin evinə mərmi düşüb

Ara sıra kiçik çaplı silahlardan atışma səslərini nəzərə almasaq Tərtər və Ağdam istiqamətlərində Azərbaycan ordusunun sərrast müayinə və əks atəş nəticələrində erməni tərəfin bir neçə atəş nöqtələri məhv edilib və bunun sayəsində atəşkəs bərpa olunmaqdadır.


ANS TV Qarabağ bürosunun son məlumatına görə artıq Tərtər şəhərində gecə erməni silahlı qüvvələrinin qəfl artileriya hücumunun nəticələri  hesablanır. Tərtər şəhərində yalnız bir ərazi erməni tərəfinin artilleriya zərbələrindən zərər çəkib. Belə ki, Tərtər sakini Tofik Qasımovun həyatyani sahəsinə erməni tərəfinin mərmiləri düşüb. Tərtər rayon Fövqaladə Hallar şöbəsinin verdiyi məlumata görə, ehtimal var ki mərmilərdən biri hələdə açılmayıb və onun ola bilsin hələ partlama ehtimalı var. Bu versiya bu dəqiqələrdə yoxlanılır. Lakin digər partlamış mərmilər Tofik Qasımovun evinə ciddi zərər vurub. Məlumata görə, ölən və yaralanan olmayıb.
 
6:45 / Erməni Artileriyasının hücumu / video

Bu vaxta kimi nə Bərdə nədə Tərtər xəstəxanalarına yaralı sakinlər müraciət etməyib, eyni zaman rəhmətə getmiş sakinlər haqqındada məlumat yoxdu. Xatırlatdığımız kimi 25-dən 26 Aprelə keçən gecə saat 01:30 radələrindən etibarən Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər və Ağdam istiqamətlərində şiddətli artilleriya hücumu ile atəşkəsi pozub. ANS TV-nin Qarabağ bürosu həmən hücum zamanı Qapanlı kəndindən reportaj edərkən ANS TV müxbiri Ramil İbrahimov və operatoru Zaur Naibov erməni tərəfinin qəfil zərbələri altında qalıblar. Bu hadisə zamanı istifadədə olan avadanlıqada ziyan dəyib. Həmən anların mövcud kadrlarını sizin nəzərinizə çatdırırıq. 

 
6:17 / Cəbhədəki Yerli Əhalinin Durumu / Video

Qapanlı, Qaradağlı, Təzəkənd Qəsəbəsinin sakinləri evlərini tərk etməyiblər və əvvəlcədən hazırlanmış yeraltı bunkerlərdə Erməni artilleriyasından qorunublar.
 

5:57 / Erməni ordusunun mərmiləri əsasən əkin sahələrinə düşüb

ANS TV Qarabağ Bürosunun müxbirləri hal hazırda 3 qrupa bölünərək cəbhə boyu 3 əsas istiqamətdə fəaliyyət göstərir və  bu dəqiqələrdə Qapanlı, Yuxarı Qaradağlı və Şıxarx qəsəbəsindəndə gələn məlumata görə, oralarda da erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində iri çaplı mərmilər əsasən ətraf ərazi və əkin sahələri ilə yanaşı bir neçə tikiliyə də ziyan vurub. 

Cəbbə xəttindən ANS TV-nin Qarabağ bürosu dərhal məlumatlar verməkdədi və Tərtər istiqamətindən gələn son məlumata görə Azərbaycan Ordusunun cavab atəşindən sonra saat 04:50-dən  06:15-dək erməni tərəfinin zərbələri səngiyib. Ara-sıra iriçaplı pulemyotlardan atəş səsləri eşidilməkdə olsa da, ağır artilleriya hücumları müşahidə olunmur.

5:21 / Cəbhədə Vəziyyət Yenidən Gərgindir

Bu gecə saat 01:30 radələrindən etibarən Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində şiddətli artilleriya hücumu ile atəşkəsi pozub. Hərbi vəziyyət eyniliklə 02 Aprel 2016-ci il tarixdəkinə bənzəyir. Beləki Tərtər istiqamətində yerləşən yaşayış məntəqələri və Azərbaycan ordusunun mövqeləri bu dəqiqələrdə Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulur. Atəş səsləri hətta Bərdə rayonunda eşidilir.

ANS TV-nin Qarabağ bürosunun cəbhə xəttindən verdiyi son məlumata görə artilleriya mərmiləri əsasən Tərtər rayonunun Qapanlı, Yuxarı Qaradağlı, Şıxarx qəsəbəsi ərazilərinə düşüb. Dağıntılar var. 

Bu dəqiqələrə qədər dinc sakinlər arasında ölən və yaralanan haqqında məlumat yoxdur. Azərbaycan ordusu təcili surətdə bu gözlənilməz artilleriya hücumuna qarşı tədbirlər görərək Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya zərbələri endirir.

Bunun nəticəsi olaraq bir müddətlik qarşı tərəfin açdığı atəşin dayanması ondan xəbər verir ki, Ermənistan ordusunun bir sıra atəş nöqtələri mehv edilib. Lakin yeni istiqamətlərdən atəş bərpa olunur və onlara qarşı da əks hücumlar həyata keçirilir. Vəziyyət ağır olaraq qalmaqdadır. 

Nəzərə çatdırmaq istəyirik ki, bu il aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan qərargah rəhbərləri arasındq əldə olunan atəşkəs razılaşmasının kobud surətdə pozulması məhz Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalararası Beynəlxalq Formuna təsdadüf edir. 

BAKU.WS

Oxşar xəbərlər

Ermənilər atəşkəsi pozdu: Tərtər atəşə tutuldu

Ermənilər atəşkəsi pozdu: Tərtər atəşə tutuldu

Erməni silahlı birləşmələri Tərtər rayonunu yenidən atəşə tutub. Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib. İ...

2209 Siyasət 13:35 06 aprel 2016

Son xəbərlər