Azərbaycan torpaqlarında erməni əsgər öldürüldü
İşğal olunmuş Azərbaycan torpaqlarında erməni əsgər öldürülüb.
BAKU.WS-in məlumatına görə, hadisə yanvarın 9-da saat 21.30 radələrində qeydə alınıb. Erməni hərbi qulluqçu, 1996-cı il təvəllüdlü Aramais Voskanyan Azərbaycan əsgərlərinin açdığı atəş ilə məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan torpaqlarında daha bir erməni əsgər öldürüldü
Azərbaycanın işğal edilmiş torpaqlarında daha bir erməni əsgər öldürülüb. BAKU.WS-in məlumatına görə, 18 yaşlı Karen Akulyan bu gün saat 13:00-da öldürülülüb....