Qarabağda amansız döyüş gedir: Daha bir erməni əsgər məhv edildi

Qarabağda amansız döyüş gedir: Daha bir erməni əsgər məhv edildi
Hadisə 1149

Azərbaycanın işğal edilmiş torpaqlarında daha bir erməni əsgər məhv edilib. 

BAKU.WS-in məlumatına görə, 19 yaşlı Fidar Aloyan Azərbaycan əsgərlərinin açdığı atəş nəticəsində ölüb. 

Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 89 dəfə pozub. 

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 100 dəfə atəş zərbəsi endirib.

Azad Əliyev

BAKU.WS

Oxşar xəbərlər

Cəbhədə şiddətli döyüş gedir: 3 erməni əsgər məhv edildi

Cəbhədə şiddətli döyüş gedir: 3 erməni əsgər məhv edildi

Azərbaycan Ordusu düşmənə növbəti zərbəsini vurub. BAKU.WS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, işğal olunmuş Azərbaycan torpaqlarında at...

948 Hadisə 12:42 18 dekabr 2015

Son xəbərlər