Ermənilər qəbirstanlığı atəşə tutdular
Son günlər Ermənistan hərbi birləşmələrinin Azərbaycanın cəbhəyanı kəndlərini iriçaplı artilleriya silahlarından atəşə tutması nəticəsində kəndlərə ciddi ziyan dəyib.
BAKU.WS xəbər verir ki, ANS PRESS-in əməkdaşı ermənilərin atəşkəsi pozması nəticəsində ciddi zərər görən kəndlərdən birində - Tərtərin Qarağacı kəndində olub.
Kənd sakinləri gecələrin gərgin keçməsinə baxmayaraq gündüz adi məişət qayğıları ilə məşğul olur, hətta ermənilərin kəndi ağır artilleriya mərmiləri vasitəsilə bombardman etdiyi vaxt belə heç kim kəndi tərk etməyib.
Kənd icra nümayəndəsi Lətif Həmidov güclü atəş zamanı kəndlilərin zirzəmilərdə, bəzilərinin isə həyətlərində qazdıqları çuxurlarda gizləndiyini söyləyib. "Son iki gündə, demək olar ki, ermənilər ordu ilə deyil, kənd sakinləri ilə döyüşür”.
Qarağacı sakini Qurban Əliyev orduya hər cür - həm mənəvi, həm də fiziki cəhətdən dəstək verməyə hazır olduqlarını bildirib. "Mənim 69 yaşım var. Hər an orduya getməyə hazıram".
Gecə Ermənistan silahlı birləşmələrinin hədəfi təkcə Qarağacı sakinləri olmayıb. Qarşı tərəf kənd qəbiristanlığını da atəşə tutub. Dirilərlə bacarmayan qarşı tərəf artıq ölülərlə mübarizə aparır.
İntensiv mərmi atəşinə məruz qalan qəbiristanlıqda 2 məzar tamamilə dağılmaqla, 20-yə qədər qəbrə ziyan dəyib. O cümlədən 10 min kv-luq elektrik xətti də sıradan çıxıb. Ümumilikdə isə ötən gecə atəşkəsin pozulması nəticəsində Tərtər rayonu üzrə 8 yaşayış evinə ziyan dəyib ki, onlardan da 1-i tamamilə yararsız vəziyyətə düşüb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycandan müharibə bəyanatı: "Ermənilər kəndləri vurmağa davam etsə..."
"Düşmən dinc sakinləri atəşə tutmaqda davam etsə, onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq". BAKU.WS-in məlumatına görə, bunu Müdaf...