Azərbaycandan müharibə bəyanatı: "Ermənilər kəndləri vurmağa davam etsə..."

Azərbaycandan müharibə bəyanatı: Ermənilər kəndləri vurmağa davam etsə...
Siyasət 11514

 

"Düşmən dinc sakinləri atəşə tutmaqda davam etsə, onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq".

BAKU.WS-in məlumatına görə, bunu Müdafiə Nazirliyi Azərbaycan silahlı bölmələrinin işğal atındakı yaşayış məntəqələrini atəşə tutması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirərkən qeyd edib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin guya ermənilərin dinc sakinlərini atəşə tutması barədə düşmən mətbuatında yayılan informasiyalar kökündən yalandır. Azərbaycan Ordusu yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir:

"Bizim dinc əhali ilə işimiz yoxdur. Biz düşmənin yalnız atəş nöqtələrinə yüksək dəqiqliyə malik silahlarla zərbələr endiririk. Onlar isə bizdən fərqli olaraq, yaşayış evlərini iriçaplı silahlardan atəşə tuturlar. Ermənilərin endirdiyi zərbələr nəticəsində Tərtərdə xeyli sayda yaşayış evinə ziyan dəyib. Ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam etsələr, biz də onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq”.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər