Erməni mərmisi 11 kəndimizi işıqsız qoydu

Erməni mərmisi 11 kəndimizi işıqsız qoydu
Hadisə 1420

 

Ermənilərin atdığı "qrad" mərmilərindən biri Tərtərin İsmayılbəyli kəndində 35 kilovatlıq elektrik yarımstansiyasının yaxınlığında partlayıb.

BAKU.WS məlumat verir ki, bu barədə ANS PRESS-ə atəşkəsin ən intensiv pozulduğu Tərtər rayonunun İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə müdir müavini Elvin Umudov məlumat verib.  O bildirib ki, yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kənd elektrik enerjisiz qalıb:

"Axşam saatlarından başlayaraq Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində mərmilərdən biri Yuxarı Qapanlı kəndində Kazımov Azad Süleyman oğluna məxsus yaşayış evinə düşüb və evə ciddi ziyan dəyib.  Kənd sakininin təsərrüfatı da zərər çəkib. Onun iribuynuzlu heyvanları yaralanıb. Yuxarı Qapanlıdan başqa, Əksipara kəndində də 3 evə ciddi ziyan dəyib. Seydimli kəndində də bir yaşayış evinə mərmi düşüb. Ev sahibinin mal tövləsi də yararsız hala düşüb”.

Xoşbəxtlikdən mülki şəxslər arasında yaralanan olmayıb. 

BAKU.WS

Oxşar xəbərlər

Ermənilər 18 evə ziyan vurdu, itkimiz yoxdu

Ermənilər 18 evə ziyan vurdu, itkimiz yoxdu

Ermənilərin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Tərtər rayonunda 17 ev ziyan dəyib. Bir ev isə tamamilə qəzalı vəziyyətə düşüb. Rayonun elektrik,...

817 Siyasət 10:29 26 aprel 2016

Son xəbərlər