Ermənilərin atdığı mərmi iki qadını yaralayıb (FOTO)

Ermənilərin atdığı mərmi iki qadını yaralayıb (FOTO)
Siyasət 1049

 

Ermənilərin atdığı mərmi nəticəsində Tərtərdə iki mülki vətəndaş yaralanıb.

BAKU.WS məlumat verir ki, bu haqda məlumatı fotoqraf Famil Mahmudbəyli Facebook hesabında yayıb. 

O bildirib ki, yaralananların ikisi də qadındır:

"Tərtərin Düyərli kəndində bu yaşayış evinə mərmi düşüb. Bunun nəticəsində 2 nəfər qadın yaralanıb və Tərtər rayon xəstəxanasına yerləşdirilib".

Fotoqraf bildirib ki, hadisə baş verən zaman qadınlardan biri həyətdə, digəri isə evdə olub. 

BAKU.WS

Son xəbərlər