Cəbhədə güclü partlayış: mülki vətəndaş yaralandı (FOTO)

Cəbhədə güclü partlayış: mülki vətəndaş yaralandı (FOTO)
Hadisə 1061

Tərtər rayonunda yanğın zamanı hərbi sursatın partlaması nəticəsində bir mülki şəxs ağır yaralanıb. BAKU.WS-in məlumatına görə, hadisə Səhləbəd kəndində qeydə alınıb. Kənd sakini, əslən Laçın rayonundan məcburi köçkün olan 50 yaşlı Rizvan Bədəlov məktəb binasının yanında zibilləri təmizləyirmiş. Kişi zibilləri yandıran zaman alov yaxınlıqdakı qamışlığa keçib. Nəticədə qamışlıqda basdırılan partlayıcı partlayıb. Ağır yaralanan Rizvan Bədəlov Tərtər rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Şəkidə ağır qəza oldu: kəndlərə qaz kəsildi

Şəkidə ağır qəza oldu: kəndlərə qaz kəsildi

Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. BAKU.WS-in anspres...

1060 Hadisə 11:52 27 sentyabr 2015

Son xəbərlər