Ermənilər 18 evə ziyan vurdu, itkimiz yoxdu

Ermənilər 18 evə ziyan vurdu, itkimiz yoxdu
Siyasət 817

 

Ermənilərin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Tərtər rayonunda 17 ev ziyan dəyib. Bir ev isə tamamilə qəzalı vəziyyətə düşüb. Rayonun elektrik, qaz təsərrüfatlarına da ciddi ziyan vurulub. Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın həcmini araşdırır. 

Ağdam, Bərdə, Tərtər xəstəxanalarından verilən məlumata görə, mülki şəxslər arasında ölən və yaralanan yoxdur. 

Hazırda cəhbədə atışma səsləri eşidilmir, təmas xəttində nisbi sakitlik hökm sürür. Gecə saatlarında ermənilərin atdığı mərmilər Tərtərdə bir neçə evi viran qoyub. 

Gecə baş verən güclü zərbələr nəticəsində daha bir mərmi Qaynaq kəndindəki evlərdən birinə düşüb. Bu dəfə mərmi düz evin içinə düşüb, amma evin sakinləri həyətyanı sahədə olduqları üçün burada da xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla belə həmin ərazidə dağıntının miqyasının daha böyük olduğu deyilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər