Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaq.
Oxşar xəbərlər
Gələn il mediaya 68,4 milyon manat vəsait ayrılacaq
2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin...