"Bazarstore"da bədbəxt hadisə — 34 yaşlı qadın öldü
13
dek
2017
13:30
"Bazarstore" marketində 34 yaşlı qadın keçinib.BAKU.WS "Ölkə.Az"a istinadla xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Bazarstore” supermarketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb.Mağazanın işçisi, 1983-cü il təvəllüdlü Səidə Atababayeva ürək çatışmazlığından dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə aparılıb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırmalara başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda “təcili yardım”ın sürücüsü və tibb bacısı döyüldü - FOTO
Paytaxtda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb. "Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunun Sulutəpə qəsə...